Qol vurub arvadını öpdü, hakim qeydə almadı - VİDEO

22:13 27 Avqust 2019

Bolqarıstan çempionatında keçirilən “Ludoqorets” – “Slaviya” matçında maraqlı anlar yaşanıb.

 

Sportarena.az xəbər verir ki, qarşılaşmanın matçın 79-cu dəqiqəsində “Ludoqorets”in braziliyalı futbolçusu Vanderson qol vurub və sevincini tribunadan matçı izləyən həyat yoldaşını öpərək qeyd edib. Lakin matçın baş hakimi qaydalar çərçivəsində vurulan qolu ofsayt səbəbiylə qeydə almayıb. Qarşılaşma 0:0 hesabıyla başa çatıb.

 

 


Xəbər xətti