AFFA birinci divizion klublarını cəzalandırdı

Sportarena.az      28 Avqust 2018, 16:58

AFFA İntizam Komitəsinin (İK) bugünkü iclasında I divizionun ilk turunda qeydə alınan neqativ hallar müzakirə olunub.

 

Sportarena.az xəbər verir ki, bəzi klublar yenə peşəkarlığa yaraşmayan nöqsanlara görə cərimələnib.“Zaqatala” – “Sabah-2” oyunu öncəsi qonaqların nümayəndəsi iclasda iştirak etməyibsə, “Səbail-2” – “Turan Tovuz” görüşündə xərək daşıyan uşaqlar yaşların əsasnaməsinə uyğun olmayıb. Bu üzdən “Sabah-2” və “Səbail-2” 80 manat məbləğində cərimə olunub.

 

“Zirə-2” – “Ağsu” qarşılaşması öncəsi iclasda Təcili tibbi yardımın nümayəndəsinin olmaması meydan sahiblərinə 40 manatlıq cərimə bahasına başa gəlib.

 

“Kəpəz” - MOİK və “Qaradağ Lökbatan” – “Sumqayıt-2” görüşündə ev sahibi olan komandalar “A” buraxılışından istifadə etmədiyindən, 80 manat cərimələnib. Bundan başqa, “Qaradağ Lökbatan” matçın protokolunu vaxtında tərtib etmədiyindən, daha 80 manatlıq cəriməyə məruz qalıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin