Daha 3 klub ÇL-in qrupuna vəsiqə qazandı

10:00 29 Avqust 2019

Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, bu gün keçirilən oyunlardan sonra qrup mərhələsinə vəsiqə qazanan daha üç komandanın adına aydınlıq gəlib.Səfərdə keçirilən ilk oyunda LASK-ı 1:0 hesabı ilə məğlub edən "Brügge" cavab matçında da rəqibini üstələyib. Avstriya təmsilçisinə 2:1 hesabı ilə qalib gələn Belçika klubu qrup mərhələsinə adlayıb.

 

Hollandiya nəhəngi isə Kipr APOEL-ini 2:0 üstələyərək qrupa vəsiqə qazanıb. Komandaların Kiprdə keçirilən ilk oyunu qolsuz başa çatmışdı.

 

Çexiyanın "Slaviya" klubu isə cavab matçında Rumıniya "Kluj"undan üstün olub - 1:0. Rumıniyada keçirilən ilk oyunda da eyni hesabla qalib gələn Praqa təmsilçisi qrup mərhələsinə vəsiqə qazanan növbəti komanda olub.


Digər xəbərlər

Xəbər xətti