Azərbaycan Qran Prisinin keçiriləcəyi tarix dəqiqləşdi

Sportarena.az      29 Avqust 2019 , 13:15

Beynəlxalq Avtomobil Federasiyası "Formula 1” üzrə 2020-ci il mövsümünün təqvimini təsdiqləyib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan Qran Prisi 5 - 7 iyunda keçiriləcək. Bu, paytaxtda reallaşacaq 5-ci "Formula 1” yarışı olacaq. İlk Qran Pri martın 15-də Avstraliyanın Melburn şəhərində, sonuncusu isə noyabrın 29-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə təşkil ediləcək.Təqvimdən Almaniya mərhələsi çıxarılıb və yerinə Vyetnamla Hollandiya daxil edilib.

 

2020-ci il mövsümünün təqvimi:

 

15 mart - Avstraliya

22 mart - Bəhreyn

5 aprel - Vyetnam

19 aprel - Çin

3 may - Hollandiya

10 may - İspaniya

24 may - Monako

7 iyun - Azərbaycan

14 iyun - Kanada

28 iyun - Fransa

5 iyul - Avstriya

19 iyul - Böyük Britaniya

2 avqust - Macarıstan

30 avqust - Belçika

6 sentyabr - İtaliya

20 sentyabr - Sinqapur

27 sentyabr - Rusiya

11 oktyabr - Yaponiya

25 oktyabr - ABŞ

1 noyabr - Meksika

15 noyabr - Braziliya

29 noyabr - Abu-Dabi

 

Qeyd edək ki, 2019-cu il mövsümündə Bakıdakı yarış 26 - 28 apreldə keçirilib və Almaniyanın "Mercedes” komandasının pilotu Valtteri Bottas birinci yeri tutub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin