Azərbaycan İran, Qazaxıstan və Rusiya ilə eyni turnirdə

15:20 29 Avqust 2019

Futzal üzrə Azərbaycan milli komandası beynəlxalq turnirdə çıxış edəcək.

 

Sportarena.az xəbər verir ki, yığmamız Rusiyanın Həştərxan şəhərində təşkil olunacaq "Caspian Cup 2019”da qüvvəsini sınayacaq.Sentyabrın 22-dən 25-dək keçiriləcək turnirdə millimiz Rusiya, İran və Qazaxıstan yığmaları ilə qarşılaşacaq. Artıq turnirin təqvimi də müəyyənləşib.

 

 

22 sentyabr

13:00. Qazaxıstan – İran

15:30. Rusiya – Azərbaycan

 

23 sentyabr

16:00. İran – Azərbaycan

18:00. Qazaxıstan – Rusiya

 

25 sentyabr

15:00. Azərbaycan – Qazaxıstan

17:30. Rusiya - İran

 

Qeyd: Oyunların başlama saatı yerli vaxtla göstərilib.


Digər xəbərlər

Xəbər xətti