"Bu cür oyunların nəticəsi önəmli deyil" - AÇIQLAMA

Sportarena.az      30 Avqust 2018, 13:23

Viktor Bannikov beynəlxalq turnirində iştirak edən 17 yaşadək futbolçulardan ibarət milli qrupda sonuncu oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, geridə qalan hər iki görüşü uduzan milli son turda Latviya yığması ilə qarşılaşıb və 0:2 hesabı ilə məğlub olub.Yığmanın çalışdırıcısı Vüqar Məmməd federasiyanın saytına açıqlamasında məğlubiyyəti şərh edib:

 

"Həddindən artıq ağır oyun oldu. Təəssüf ki, yaratdığımızdan qol imkanlarından istifadə edə bilmədik. Oyuna nəzarət edən tərəf biz idik. Hesab məni qane etməsə də, futbolçularımın oyuna diqtə etməsindən razı qaldım.

 

Bu cür oyunların nəticələri önəmli deyil. Əsas uşaqlar beynəlxaq səviyyədə oyunlarda güclü rəqiblərlə qarşılaşaraq təcrübə qazanırlar. Ümumi götürdükdə komandanın oyununda inkişaf hiss olunur. İlk oyundan fərqli olaraq, bu görüşdə həyəcanlı deyildilər, daha inamlı çıxış edirdilər.
 

Təqvim çox sıxdır, 5 günə 4 oyun oynamalıyıq. Bu turnir bizim üçün çox önəmli idi. Demək olar ki, bütün çatışmayan cəhətlərimizi gördük. Bundan sonra çatışmazlıqları aradan qaldırmaq üzərində çalışacağıq".

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin