“Sevilya”nın baş məşqçisi "Qarabağ"dan danışdı

Sportarena.az      31 Avqust 2018, 10:25

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan  “Sevilya”nın baş məşqçisi Xulen Lopetegi püşkü dəyərləndirib.

 

Sportarena.az xəbər verir ki, 53 yaşlı mütəxəssis A qrupunda qarşılaşacaqları rəqiblərin hər birini dərindən analiz edəcəklərini bildirib. Lopetegi bunun üçün vaxtlarının olduğunu söyləyib: 

 

“APOEL Çempionlar Liqasının son yarımfinalçısı Hollandiya “Ayaks”ına müqavimət göstərdi. “Qarabağ” isə iki il əvvəl “Atletiko”nu Çempionlar Liqasında büdrədib. Avropada hər bir oyun 3 xal deməkdi. Biz təslim ola bilmərik. Elə rəqiblər var ki, işimizi çətinləşdirə bilərlər. Heç yerdə asan komanda yoxdu".

 

Qeyd edək ki, Avropa Liqasının A qrupunda “Sevilya”, APOEL və “Qarabağ”dan əlavə, Lüksemburq “Düdelanj”ı da yer alıb. Qrup mərhələsinə sentyabrın 19-da start veriləcək. İlk turda “Qarabağ” “Sevilya”nı qəbul edəcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin