"Beşiktaş" klub televiziyasını bağladı

Sportarena.az      31 Avqust 2018, 18:44

Türkiyənin "Beşiktaş" klubu televiziya kanalını bağlayıb.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi sosial şəbəkələrdə və "Youtube" kanalında daha aktiv şəkildə işləməyi üstün tutub.Dünyada 1990-cı illərdən etibarən bir çox klubların kanalları TV ekranlarına gəldi. 1997-ci ildə İngiltərə, daha sonra isə İspaniya, İtaliya klublarının kanalları oldu.

 

Artıq klubların TV kanalına böyük maraq qalmayıb. Sosial şəbəkələrdə və "YouTube" kanalında hər şeyə rast gəlmək mümkündür. Bu səbəbdən də klub kanalları sıradan çıxıb. Videolar "YouTube"a, səhifələrə yerləşdirilir və izləyicilər üçün bu, daha əlverilşlidir. Buna görə də klub televiziyası həm də artıq xərc kimi görünür.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin