“Mən də bir neçə dəfə zərbədən qaçdım” - "Neftçi"nin baş məşqçisi

Sportarena.az      2 Sentyabr 2018, 10:44

"Gərgin oyun oldu. Matça yaxşı başlamasaq da, buraxdığımız qoldan sonra özümüzə gəldik. Komandamız epizodları qola çevirmədiyi üçün gərginlik yaşadılar. Sonadək xarakter göstərdikləri üçün futbolçularımı təbrik edirəm. Vacib qələbə qazandıq".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin evdə "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının III tur matçından sonra mətbuat konftansında deyib. İtaliyalı mütəxəssis matçın sonlarında baş vermiş insidentdən də danışıb:

 

"Nələrin baş verdiyini gördünüz? Orda elə bir vəziyyət yaranmışdı ki, mən də bir neçə dəfə zərbələrdən qaçası oldum. Məsələni araşdıracaq və müvafiq qərar verəcəyəm. Bu vəziyyətdə təkcə Anton və Vurğun Hüseynovu günahlandırmaq olmaz. Bütün komanda oyunboyu elə hərəkətlər etdi ki, sonda belə qalmaqal yarandı".

 

Bordin heç kimi öyrətməli olmadığını söyləyib: "Məgər Ayxan Abbasov italyanca bilir? Mən o vəziyyətdə istəyirdim ki, komandalar sakitləşsin. Yaxşı hal deyil ki, uduzan komanda rəqibi günahlandırır. Hərə öz evinin içinə cavabdehdir. Öz futbolçularımı düşünməliyəm. Rəqib həmkarım da belə etsin".

 

Təcrübəli mütəxəssis köməkçisi Etibar Tanrıverdiyevin "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasovu vurmasını belə şərh edib: "Hər bir komanda bizim üçün rəqibdir. Bu gün mütləq qələbə qazanmalı idik və qazandıq. Etibarın hərəkətini görmədim. Vurğunun Antonu vurduğunu gördünüz? Onu gördüm ki, Krivotsyuk yerdədir, başını tutub. Abbasov da komandasını sakitləşdirmək istəyirdi". Bordin qələbə topu zamanı "Fair Play"qaydalarının pozulmasına dair iddialara da münasibət bildirib:

 

"Buna oyunboyu riayət olunurdu. Amma futbolçu hər dəfə özünü yerə atırsa, əlverişli epizodumuzu boşa verə bilmərik".

 

Baş məşqçi"Forza Neftçi" fan-klubunun oyunları boykot etməsini belə şərh edib: "Azarkeşlərin oyuna gəlməsi komandaya əlavə motivasiya verir. Ən azı bu, evdə oynadığımızı göstərir. Onları başa düşürəm. Son nəticələrimiz yaxşı olmadı. Yenidən tribunada görmələrini istərdim. Hələ onlarla görüş olmayıb. Çempionatdakı fasilədən sonra onlarla görüşmək istərdim".

 

Bordin millinin oyunları ilə əlaqədar fasilə müddətində komandaya istirahət verəcəyini söyləyib. O, "Qarabağ"ın sabiq futbolçusu Donald Geryenin mümkün transferindən də danışıb: "Gerye barədə heç nə deyə bilmərəm. Fasilə müddətində transfer məsələlərini müzakirə edəcəyik. Bir neçə günlük istirahətdən sonra növbəti turun hazırlıqlarına başlayacağıq".

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin