“Neftçi”nin futbolçusu üzr istədi - FOTOFAKT

Sportarena.az      2 Sentyabr 2018, 13:23

“Neftçi”nin futbolçusu Anton Krivotsyuk Premyer Liqanın III turunda “Sumqayıt”la matçın sonlarında iştirak etdiyi insidentdə hərəkətinə görə üzr istəyib.

 

Sportarena.az xəbər verir ki, millimizin də üzvü olan gənc müdafiəçi bununla bağlı “İnstagram” hesabında paylaşım edib: 

 

“Bütün azarkeşlərdən və rəqib komandaya aiddiyatı olan bütün insanlardan üzr istəyirəm. Qoldan sonra bunu həddən artıq  qeyd etməyimə görə üzrxahlıq edirəm. Biz hamımız insanıq, emosiyalarımız var. Ancaq xahiş edirəm ki, rəqibin futbolçularının və ya məşqçilər korpusunun ünvanına hansınsa sözləri deməyimlə bağlı insanlara yalan informasiyanı çatdırmayın. Videoyazı var, orda dəqiq görünür ki, qoldan sonra nə baş verdi. Qolun qeyd olunması vardı, söz yox. Özümü əldən buraxdım və buna müvafiq olaraq cəzalandırılacam”.

 

Xatırladaq ki, qarşılaşmaya əlavə olunmuş dəqiqələrdə “Neftçi” qələbə topunu vurarkən meydanda ara qarışıb. “Sumqayıt”ın kapitanı Vurğun Hüseynov qeyri-etik jest edən Anton Krivotsyukun üzərinə gedərək onun başına sillə vurub. Nəticədə Anton ikinci sarı vərəqə, Vurğun isə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin