“Sumqayıt” üzr istədi

Sportarena.az      2 Sentyabr 2018, 15:58

"Sumqayıt” klubu bəyanat yayıb.

 

Sportarena.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Azərbaycan Premyer Liqasının III turunda "Neftçi" ilə oyunun sonlarında yaşanmış hadisəyə görə, üzrxahlıq edib.

 

Bəyanatda şiddət və aqressiyanın yolverilməz olduğu vurğulanıb:

 

"Hörmətli futbol ictimaiyyəti, “Sumqayıt” Futbol Klubu olaraq hər zaman ədalətli oyunun, qarşılıqlı hörmətin tərəfdarı olmuş, meydanda və meydandan kənarda şiddət və aqressiyanın yolverilməz olduğunu hesab etmişik. Azərbaycan Premyer Liqasının III turu çərçivəsində sentyabrın 1-də Bakı şəhərindəki “Bakcell Arena”da keçirilmiş “Neftçi” – “Sumqayıt” qarşılaşmasının son dəqiqələrində meydanda baş vermiş insidentə görə ölkə futbol ictimaiyyətindən “Sumqayıt” FK olaraq üzr istəyirik.

 

Bəyan edirik ki, AFFA-nın müvafiq strukturunun məlum olayla bağlı çıxaracağı qərardan savayı, klub daxilində də məsələ ilə bağlı detallı araşdırma aparılacaq və uyğun addımlar atılacaq.

 

“Sumqayıt” FK futbolun bir idman növü olaraq hörmət və ehtiram (Respect) kimi təməl prinsiplər üzərində indiki inkişaf səviyyəsinə çatdığına və klubumuzun hər bir üzvü bu prinsiplərə hər zaman əməl olunmasının vacibliyinə inanır.

 

Bu bəyanatla bir daha ölkə futbolundakı bütün rəqiblərimizə ehtiramımızı ifadə edir, “hər şey Azərbaycan futbolu üçün!”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin