"Zirə"nin futbolçusu üçün əlamətdar oyun

Sportarena.az      2 Sentyabr 2018, 16:45

Azərbaycan Premyer Liqasının III turu “Zirə”nin futbolçusu Soni Norde üçün ilklə əlamətdar olub.

 

Sportarena.az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, 30 yaşlı hücumçu “Qartallar”ın heyətində birinci qoluna imza atıb. Haitili legionerin qol hesabını açması “Sabah”la oyuna (1:1) təsadüf edib.“Zirə”də cari mövsümdə debüt edən Norde buna 3-cü matçında nail olub.


Soni klubun tarixinə Premyer Liqada qol vuran 36-cı futbolçu kimi düşüb. Haitiliyə qədər buna 35 oyunçu gerçəkləşdirib. Soni cari mövsümdə bu siyahıya düşən ikinci futbolçudur. Ötən turun “Neftçi” ilə qarşılaşmasında (1:0) Cavid Hüseynov ilk dəfə “Zirə” formasında fərqlənmişdi. Hər iki oyunçu ev matçında qol hesabını açıb.


“Zirə”nin bütün turnirlərdə keçirdiyi oyunları nəzərə almaqla Norde klub tarixində qol müəllifi olan 59-cu futbolçudur. Ona qədər Premyer Liqa, I divizion və UEFA Avropa Liqasında ümumilikdə 58 oyunçu rəqib qapısına yol tapmışdı.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin