Millimizin heyətində dəyişiklik

Sportarena.az      2 Sentyabr 2018, 19:55

Sentyabrın 4-dən 8-dək Maltanın Valletta şəhərində təlim-məşq toplanışında olacaq 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

 

Sportarena.az AFFA-ya istinadən xəbər verir ki, “Sabah” klubunun futbolçusu Murad Bağırov zədəli olduğu üçün heyətdən çıxarılıb. Onun əvəzinə toplanışa “Qəbələ”nin üzvü Təbriz İsazadə dəvət olunub.
 

Yığma hazırlıq çərçivəsində sentyabrın 5-də və 7-də maltalı həmyaşıdları ilə iki yoldaşlıq oyunu keçirəcək. Hər iki oyun yerli vaxtla 18:00-da (Bakı vaxtı ilə 20:00) başlayacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin