"Qarabağ"ın rəqibi iki futbolçusunu göndərdi

20:30 2 Sentyabr 2019

PSJ Avropa Liqasının qrup mərhələsində "Qarabağ”ın rəqibi olan "Sevilya”nın qapıçısı Serxio Rikonu heyətinə qatıb.

 

Sportarena.az xəbər verir ki, Paris təmsilçisi 26 yaşlı qolkiperi 1 illik icarəyə götürüb. O, ötən mövsüm eyni qaydada "Fulhem”də çıxış edib.

 

"Sevilya" müdafiəçisi Simon Kyeri isə "Atalanta"ya icarəyə verib. 30 yaşlı futbolçu bir il İtaliya klubunda çıxış edəcək. Danimarka millisinin kapitanı yeni komandasında 4 nömrəli formanı geyinəcək.

 

Qeyd edək ki, "Qarabağ” qrup mərhələsində ilk oyununu sentyabrın 19-da Bakıda "Sevilya”ya qarşı keçirəcək. 



Digər xəbərlər

Xəbər xətti