"Fənərbağça" klubunun qapıçısı karyerasını başa vurdu

09:44 3 Sentyabr 2019

Türkiyənin "Fənərbağça" klubunun qapıçısı Volkan Demirel futbolçu karyerasını başa vurub.

 

Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi ilə sözləşməsi başa çatan təcrübəli qolkiper klubun məşqçi heyətində yer alacaq.Bu barədə "Fənərbağça" klubu məlumat yayıb. Bundan başqa, futbolçu üçün yubiley matçının da keçiriləcəyi bildirilib.

 

Qeyd edək ki, Volkan Demirel 17 ildir "bülbüllər"in şərəfini qoruyur.


Digər xəbərlər

Xəbər xətti