İkardi rəsmən PSJ-də

09:51 3 Sentyabr 2019

"İnter" hücumçusu Mauro İkardini icarəyə verib.

 

Sportarena.az xəbər verir ki, Fransanın PSJ klubu argentinalı hücumçunu 5 milyon avro qarşılığında bir illik icarəyə götürüb. Paytaxt klubu 26 yaşlı forvardı 65 milyon avroya transfer etmək hüququna sahibdir. Mauro yeni klubunda 18 nömrəli formada çıxış edəcək.

 

Qeyd edək ki, "İnter" İkardini 2013-cü ildə "Sampdoriya"dan 13 milyon avroya transfer edib. O, 219 oyuna 124 qol vurub, 28 assist edib.


Digər xəbərlər

Xəbər xətti