Prosineçki Beqoviçin "Qarabağ"a transferindən danışdı

10:26 3 Sentyabr 2019

Bosniya və Herseqovina millisinin baş məşqçisi Robert Prosineçki yığmanın qapıçısı Asmir Beqoviçin "Qarabağ"a keçidi barədə danışıb.

 

Sportarena.az xəbər verir ki, xorvatiyalı mütəxəssis 32 yaşlı qolkiperin oynaya biləcəyi komandaya getdiyi üçün məmnun olduğunu deyib:

 

"Eşitdiyimə görə, Beqoviç yeni bir klub tapıb və "Qarabağ"a keçib. Əlbəttə bundan çox məmnunam. Çünki artıq oynamaq vaxtıdır. Milli komandada daimi olmaq üçün oynamalısan".

 

"Qarabağ" Asmir Beqoviçi İngiltərənin “Bornmut” klubundan icarəyə götürüb. Prosineçki 2014-2017-ci illərdə Azərbaycan yığmasına rəhbərlik edib. (sportal)


Digər xəbərlər

Xəbər xətti