“Barselona”nın futbolçusu “Selta”da

14:39 3 Sentyabr 2019

“Barselona” yarımmüdafiəçisi Rafinyanı icarəyə verib.

 

Sportarena.az xəbər verir ki, braziliyalı futbolçu cari mövsümü "Selta"da keçirəcək.Bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Braziliya millisinin üzvü ilə əvvəlcə yeni müqavilə imzalanıb. Yeni müqavilənin müddəti 2021-ci ilin yayına kimidi.

 

Viqo təmsilçisi 26 yaşlı yarımmüdafiəçinin illik məvacibini ödəyəcək. Bundan əlavə, “Barselona”ya da 1,5 milyon avro icarə haqqı veriləcək. Rafinya köhnə-yeni komandasında 12 nömrəli formanı geyinəcək.

 

Braziliyalı futbolçu “Barselona”nın öz yetirməsidi. Kataloniya klubu bu oyunçunu 2013/14 mövsümündə də “Selta”ya icarəyə vermişdi. Rafinya 2018-ci ildə də Milan “İnter”ində icarədə oynayıb.


Xəbər xətti