Azad Rəhimov: "Qarabağ"ın şansları böyükdür" - VİDEO

Sportarena.az      4 Sentyabr 2018, 00:27

Gənclər və idman naziri Azad Rəhimov "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki şanslarını dəyərləndirib.

 

Sportarena.az xəbər verir ki, Rəhimov "Report"un Türkiyə bürosuna eksklüziv açıqlamasında Azərbaycan təmsilçisinin imkanlarını yüksək qiymətləndirdiyini bildirib.Lakin onun fikrincə, belə bir nüfuzlu yarışda heç bir qrupa asan demək olmaz:

 

"Hər bir qrupun lideri var. Sözsüz ki, İspaniya "Sevilya"sı çox güclü komandadır."Qarabağ" Lüksemburq "Düdelanj"ı və Kipr APOEL-i ilə isə əvvəllər də görüşdüyü üçün onların oyununa bələddir. Təbii ki, şanslar həmişə var və böyükdür".

 

Nazir "Qarabağ"la müqayisədə Türkiyə təmsilçisi "Qalatasaray"ın Çempionlar Liqasında daha çətin qrupa düşdüyünü vurğulayıb: "Real" və PSJ ilə eyni qrupa düşdüyü üçün "Qalatasaray"ın oyunları daha ağır olacaq. Amma hər şey futbolçuların əlindədir".

 

"Qarabağ" Avropa Liqasında ilk oyununu sentyabrın 19-da Bakıda İspaniya "Sevilya"sına qarşı keçirəcək. 

 

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin