AFFA Ayaz Quliyevə Azərbaycan millisində oynamağı təklif edib

Sportarena.az      4 Sentyabr 2018, 11:25

Moskva "Spartak"ında çıxış edən Azərbaycan əsilli futbolçu Ayaz Quliyevlə bağlı Rusiya mətbuatında məqalə dərc olunub.

 

Sportarena.az xəbər verir ki, yazıda AFFA-nın 22 yaşlı futbolçuya Azərbaycan yığmasında oynaması üçün vətəndaşlıq təklif etdiyi qeyd edilib. Məqalədə Quliyevin ilk seçiminin Rusiya millisi olduğu vurğulanıb. O, "Spartak"dakı çıxışı ilə buna ümid edir.

 

Yazıda "Zenit"in yetirməsi, hazırda "Dinamo" (Moskva) klubunda çıxış edən Ramil Şeydayevin Azərbaycan millisinin üzvü olduğu qeyd edilib. 

 

Bundan əlavə, Türkmənistan əsilli müdafiəçi Cəmaləddin Xocaniyazov da Azərbaycan millisində oynamaq üçün AFFA-ya müraciət edib. 23 yaşlı futbolçunun Ramil Şeydayev və Ayaz Quliyevlə Rusiyanın U-21 millisində birgə çıxış etdiyi xatırlanıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin