Millimiz Uelsə yollandı

16:00 4 Sentyabr 2019

AVRO-2020-nin seçmə mərhələsində Uelsin qonağı olacaq Azərbaycan millisi ölkəni tərk edib. 

 

Sportarena.az xəbər verir ki, yığmamız Heydər Əliyev Beynəlxalq Hava Limanından yola çıxıb. Nikola Yurçeviçin yetirmələrini Böyük Britaniyaya aparan təyyarə təxminən 6 saatlıq uçuşdan sonra Kardiffə enəcək.

 

Qeyd edək ki, sentyabrın 6-da keçiriləcək Uels - Azərbaycan matçı Bakı vaxtı ilə 22:45-də başlayacaq.


Digər xəbərlər

Xəbər xətti