“Qarabağ” iştirak ərizəsini UEFA-ya təqdim etdi

10:19 5 Sentyabr 2019

 Avropa Liqasının qrup mərhələsində çıxış edəcək “Qarabağ” iştirak ərizəsini UEFA-ya təqdim edib.

 

Sportarena.az xəbər verir ki, siyahıda 23 futbolçu var. 

 

Qapıçılar: 1. Asmir Beqoviç, 12. Şahruddin Məhəmmədəliyev, 13. Vaqner da Silva;

Müdafiəçilər: 3. Ailton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 23. Faysal Rerras, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov;

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 8. Miçel, 9. Xayme Romero, 10. Dani Kintana, 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 21. Hacıağa Hacılı;

Hücumçular: 11. Mahir Emreli, 99. Maqaye Qeye;

Baş məşqçi: Qurban Qurbanov.

B siyahı: Məmməd Hüseynov, Toral Bayramov, Musa Qurbanlı.

"Qarabağ", "Sevilya" (İspaniya), APOEL (Kipr) və "Düdelanj" (Lüksemburq) klubları A qrupunda qərarlaşıb. Ağdam təmsilçisi ilk matçını sentyabrın 19-u Bakıda "Sevilya"ya qarşı keçirəcək.


Xəbər xətti