Həbib Puarye ilə döyüşdən nə qədər qazanacaq?

Sportarena.az      5 Sentyabr 2018, 10:44

Rusiyanın qarışıq döyüş sənəti üzrə məşhur idmançısı, MMA çempionu Həbib Nurməhəmmədov növbəti döyüşünü amerikalı Dastin Puaryeyə qarşı keçirəcək.

 

Sportarena.az xəbər verir ki, rəqiblərin döyüşü sentyabrın 7-də Əbu-Dabidəki UFC turnirində baş tutacaq.Rusiya mətbuatının yaydığı məlumata görə, Həbib rəqibinə qalib gələcəyi halda 6 milyon dollardan çox qonorar alacaq. Bu barədə idmançının atası Əbdülmanap Nurməhəmmədov açıqlama verib. O, oğlunun qələbəyə görə Makqreqorla döyüşdən fərqli olaraq, 3-3,5 dəfə artıq qonorar alacağını bildirib.

 

Qeyd edək ki, Həbib indiyədək 27 görüşün hamısını qələbə ilə başa vurub. Onun rəqibi Dastin Puarye isə 25 döyüşün 5-də məğlub olub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin