“Qarabağ”la oyunun bileti 150 avroya

Sportarena.az      5 Sentyabr 2018, 13:08

Avropa Liqasında böyük sensasiya edərək qrup mərhələsinə qədər irəliləyən "Düdelanj" bu raund üçün bilet qiymətlərini müəyyənləşdirib.

 

Sportarena.az xəbər verir ki, Lüksemburq təmsilçisi həm "Qarabağ", həm "Sevilya", həm də APOEL-lə qarşılaşmaya eyni məbləğ təyin edib.Belə ki, bu rəqiblərlə ev oyunlarını izləmək istəyən azarkeşlər tribunalar üzrə müvafiq olaraq 75, 100 və 150 avrolarından keçməli olacaqlar. İlk olaraq sentyabrın 13-də "Qızıl kart", abunə və ya üzvlük kartı olanlar biletlərini əldə edə biləcəklər. Qalan biletlər isə ertəsi gün satışa çıxarılacaq.

 
Bundan başqa, klub rəhbərliyi "Sevilya" və "Qarabağ"la səfər matçlarına azarkeş aparmağı planlaşdırır.
 

Qeyd edək ki, "Düdelanj" qrupda ilk ev oyununu oktyabrın 3-də "Qarabağ"a qarşı keçirəcək. Lüksemburq çempionu Ağdam təmsilçisini "Cosi Bartel" stadionunda qəbul edəcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin