“Bavariya” oyunçusunun keçmiş arvadı onu polisə verdi

13:55 5 Sentyabr 2019

“Bavariya” futbol klubunun müdafiəçisi Jerom Boatenq keçmiş həyat yoldaşına hücum etməkdə şübhəli bilinir.

 

Sportarena.az xəbər verir ki, 31 yaşlı futbolçunun keçmiş həyat yoldaşı ondan polisə şikayət edib. Qadın Boatenq tərəfindən ona bədən xəsarətləri yetirildiyini bildirib. Məsələ ilə bağlı bir sıra yoxlamalar aparılıdıqdan sonra iş Münhen şəhər məhkəməsinə göndərilib.

 

Boatenqə qarşı hələ cinayət işi açılmayıb. Hakimin fikrinə görə, bunun üçün əlavə yoxlamalar nəticəsində üzə çıxacaq daha dəqiq məlumatlar lazımdır.


Digər xəbərlər

Xəbər xətti