"Əsas məsələ Azərbaycanla oyuna hazır çıxmaqdır" - Qaret Beyl

Sportarena.az      5 Sentyabr 2018, 16:39

Uels millisinin kapitanı Qaret Beyl AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan yığmasını qəbul edəcəkləri oyundan öncə mətbuat konfransında iştirak edib.

 

Sportarena.az xəbər verir ki, 30 yaşlı futbolçu jurnalistlərin suallarını cavablandırıb:

 

- Çətin dövrdən sonra yenidən formadasınız?

- Mən də elə düşünürəm. Tamamilə forma yığmışam. Bir müddətdir ki, toplanış keçirik. Sabah oynamaq üçün səbirsizliklə gözləyirəm.

 

- Millinin seçmə mərhələdəki iki məğlubiyyətinə sizin yaxşı formada olmamağınızın da təsir etdiyini deyənlər var.

- Təzyiqlərin mənə təsir etdiyini düşünmürəm. Bəlkə də beş-altı həftə oynamadan meydana çıxmaq fiziki cəhətdən cəhətdən çətinlik yaradır. Yenidən yola çıxmaq üçün sabah qalib gəlməyimiz lazımdır. Bunu edcəyimizə inanırıq.

 

- "Real"da qollar vurdun. Bu, sizin üçün yaxşıdır?

- Qollar vurmağa geri dönmək gözəldir, müəyyən müddət çətin oldu. Yaxşı formadayam və oyuna girməyə can atıram. İndi əsas məsələ sabah Azərbaycanla oyuna hazır çıxmaqdır. Lazım olanı etməli və qalib gəlməliyik.

 

- Tənqidlərə necə bacardınız?

- Fikir vermirəm, çünki nə haqda danışdıqlarını bilmirlər. Heç bir şey oxumuram. Çox insan durumu bilmir.

 

- Yəqin ki, bu oyunda Uelsin səhv etməyə ixtiyarı yoxdur.

- İki məğlubiyyətdən sonra yaranan təzyiqi bilirik. Hər oyuna qazanmaq üçün çıxırıq. Vəziyyətdən agahıq. Əlimizdən gələni edəcəyik.

 

- Yığmada çoxlu gənclər var. Onlara məsləhət verdiniz?

- Əslində, kiməsə məsləhət vermirəm. Hər kəs özünə görə yaşayır. Çox çalışmaq məcburiyyətində olduqlarını bilirlər. Əgər soruşsalar, onlara kömək etmək, məsləhət vermək üçün hazıram.

 

- Sabahkı oyunla bağlı düşüncəniz necədir?

- Xüsusi açıqlamaya ehtiyac yoxdur. Ehtiyac olanı etmək üçün özümüzə güvənirik. Əlbəttə, iki oyundakı məğlubiyyət bizi üzür.

 

- Bu yay sizin üçün çətin keçdi. Hətta Zinəddin Zidan "Real"dan gedəcəyinizi açıqlamışdı.

- Mən belə deməzdim. Möhtəşəm tətil günlərim oldu. Haqqımda yaxşı və pis danışanlar oldu. Komandada çox çalışırdım. Baş verənlər klubda qalacaq, ancaq cavab almaq istəyirsinizsə, "Real"dan soruşun.

 

- Sizin üçün son altı ayı ən çətin dövr adlandırmaq olar?

- Yaxşı olmasa da, ən pisi də deyil. Harri Rednappın rəhbərliyi altında "Tottenhem"də bir il oynamadığımı xatırlayıram. Belə şeylərin necə öhdəsindən gələcəyiim bilirdim: başını aşağı sal və məşqini et! İndi bu mövsümə yaxşı başlamışam.

 

- Fiziki cəhətdən necə hiss edirsiniz?

- Yaxşıyam, hazırda əvvəlkindən də güclü hiss edirəm. Yaşlandıqca keçmişdəki səhvlərdən dərs çıxarırsınız. Çox yaxşı olduğumu hiss edirəm. Bu tempi saxlaya və belə davam etməyə hazıram.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin