Futbolçuda xərçəng aşkarlandı

18:18 5 Sentyabr 2019

İngiltərənin "Hall Siti" komandasının futbolçusu Anqus Makdonalda xərçəng diaqnozu qoyulub.

 

Sportarena.az xəbər verir ki, 26 yaşlı müdafiəçidə bağırsaq xərçəngi müəyyən olunub.İngiltərəli oyunçudakı xəstəlik tez aşkarlandığından, o, cari mövsüm heç bir qarşılaşmada iştirak edə bilməyib. Klub azarkeşlərdən və jurnalistlərdən bu çətin anda Makdonaldın şəxsi həyatına hörmət etmələrini xahiş edib. Onun sağlamlığı ilə bağlı məlumatın veriləcəyi vurğulanıb.

 

Qeyd edək ki, Anqus Makdonald "Hall Siti"də 2018-ci ildən çıxış edir.


Xəbər xətti