Boksçumuz Avropa çempionatının 1/4 finalında

Sportarena.az      6 Sentyabr 2019 , 12:10

Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa çempionatı davam edir.

 

Sportarena.az xəbər verir ki, ikinci yarış günündə Azərbaycan millisinin daha 4 üzvü mübarizəyə qoşulub.Yığma üzvlərindən Murad Allahverdiyev Stoil Stanoyevlə (Bolqarıstan) qarşılaşıb. 81 kq çəkidə rinqə çıxan boksçumuz rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, 1/4 finalda belaruslu Raman Kazyankovla döyüşəcək. Görüş sentyabrın 8-nə təsadüf edəcək.

 

Allahverdiyevdən fərqli, İqor Platov (75 kq) Valeri Razmeritaya (Moldova), Ruslan Qədirov (49 kq) Uiliam Hevittə (İngiltərə) və Fuad Cəfərov (+91 kq) Viçenzo Fiasçettiyə (İtaliya) məğlub olub.

 

Qeyd edək ki, bu gün rinqə Azərbaycan millisinin 3 boksçusu çıxacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin