Məşhur futbolçular azadlığa buraxıldı

15:30 6 Sentyabr 2019

Rusiya yığmasının sabiq futbolçuları Aleksandr Kokorin və Pavel Mamayev azadlığa buraxılıb.

 

Sportarena.az xəbər verir ki, məşhur oyunçuların apelyasiya şikayəti qəbul edilib.Belqoqraddakı Alekseyevski məhkəməsi onların vaxtından əvvəl həbsdən azad edilməsi tələbinə müsbət cavab verib. Lakin hər iki futbolçu şərti azadlığa buraxılıb. 

 

Qeyd edək ki, ötən ilin oktyabrında Aleksandr Kokorin, Pavel Mamayev və Kirill Kokorin Moskvadakı davada iştirak edib, məmur Denis Pak, sürücü Vitali Solovçuk və “NAMİ”nin baş direktoru Sergey Qaysana xəsarət yetiriblər. Mayın 8-də keçirilən məhkəmədə Kokorin qardaşlarına 1 il 6 ay, digərlərinə 1 il 5 ay həbs cəzası verilmişdi.


Digər xəbərlər

Xəbər xətti