“Qəbələ”nin oyunlarının yeri və vaxtı dəyişdirildi

17:37 6 Sentyabr 2019

UEFA Gənclər Liqasında Azərbaycanı təmsil edəcək “Qəbələ“nin U-19 komandasının Çempionlar yolunun I mərhələsində APOEL-lə keçirəcəyi oyunlarının yeri və vaxtı dəyişdirilib.

 

Sportarena.az xəbər verir ki, klublar arasında qarşılıqlı razılaşmaya əsasən, ilk matçın meydan sahibi “qırmızı-qaralar” deyil, Kipr təmsilçisi olacaq. Nikosiyadakı görüş oktyabrın 2-də baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

 

Cavab qarşılaşması oktyabrın 23-də deyil, ertəsi gün keçiriləcək. Qəbələ şəhər stadionundakı oyun saat 14:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti