Ramil Şeydayev: "Buraxdığımız qol məni çox məyus etdi" - MÜSAHİBƏ

Sportarena.az      7 Sentyabr 2018, 10:26

"Uduzmuşuq, nə deyə bilərəm? Bacardığımız qədər oynadıq. Məğlubiyyətə layiq idik, ya yox, bunu deyə bilmərəm".

 

Sportarena.az xəbər verir ki, bunları "Report"a açıqlamasında Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev səfərdə Uels yığmasına 1:2 hesabı ilə uduzduqları AÇ-2020-nin seçmə oyununda sonra söyləyib.

 

- Bərabərlik qolu sizin ötürmənizdən sonra vuruldu. Mahir Emrelini görürdünüz, yoxsa ötürməni səsə etdiniz?

- Görürdüm. Yaxşı açıldı, mən də etməli olduğum ötürməni verdim.

 

- Necə düşünürsünüz, bu, cari tsikldə millimizin ən yaxşı oyunu idi?

- Xeyr. Fikrimcə, Xorvatiyaya qarşı bundan bir qədər yaxşı oynamışdıq.

 

- Uels sizi nə iləsə təəccübləndirdi?

- Deməzdim ki, təəccübləndirdilər. Onlar hücum edirdi, biz isə bütün komandayla müdafiə olunurduq. Çox da hücum etmədik.

 

- Çox dilxorsunuz. Səbəb istədiyiniz səviyyədə oynaya bilməməyinizdir, yoxsa son dəqiqələrdə buraxılan qoldur?

- Bu gün də əlimdən gələni etdim. Son dəqiqələrdə buraxdığımız qol məni çox məyus etdi.

 

- Son dəqiqədə cərimə meydançasında yıxılaraq penalti ala bilərdiniz.

- Rəqib mənə toxunmamışdı.

 

- Xorvatiya ilə matçadək istər fiziki, istərsə də psixoloji baxımdan bərpa ola biləcəksiniz?

- Əlbəttə! Bu, ilk belə hal deyil. Fikrimcə, rotasiyalar üçün də yetərincə imkanlarımız var. Məncə, tam bərpa olacağıq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin