Azərbaycan millisinin sabiq baş məşqçisi istefa verdi

10:12 9 Sentyabr 2019

Futbol üzrə Bosniya və Herseqovina yığmasının məşqçisi Robert Prosineçki AVRO-2020-nin seçmə mərhələsində Ermənistan komandasına darmadağın məğlubiyyətindən sonra istefa verib.

 

Sportarena.az xəbər verir ki, bu barədə Bosniya və Herseqovina Futbol İttifaqının saytı məlumat verib.

 

“Mən artıq hər kəslə danışmışam və gedirəm. Mən gələndə inanırdım ki, biz Avropa çempionatında iştirak edəcəyik. Bu, bizdə alınmadı və məni əvəzləyən komandanı Millətlər Liqasına hazırlayacaq. Mən daha komandaya başçılıq etmirəm”, - Prosineçki deyib.  

 

Qeyd edək ki, Yerevanda keçirilən Ermənistan - Bosniya və Herseqovina matçı ev sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

 

Onu da bildirək ki, R. Prosineçki 2014-2017-ci illərdə Azərbaycan yığmasına rəhbərlik edib. O, komandaya nə AVRO-2016-ya, nə də ÇL-2018-ə keçməkdə yardımçı ola bilməyib.


Digər xəbərlər

Xəbər xətti