“Sevilya” aparıcı oyunçularını Bakıya gətirməyə bilər

Sportarena.az      9 Sentyabr 2018, 12:26

UEFA Avropa Liqasında “Qarabağ”ın rəqibi olan “Sevilya” bir neçə aparıcı oyunçusunu Bakıya gətirməyə bilər.

 

Sportarena.az xəbər verir ki, buna səbəb həmin vaxt onları La Liqada çətin oyunların gözləməsidir. 15 sentyabr – 6 oktyabr tarixində 7 oyun keçirməli olan “Sevilya” bu tarixdə “Real” və “Barselona” ilə də üz-üzə gələcək. 

 

Baş məşqçi Xulen Lopeteqi bu vəziyyətdən narazıdır. Ehtimal olunur ki, çalışdırıcı aparıcı oyunçuları Bakıya gətirməyəcək. Çünki “Qarabağ”la qarşılaşmadan 3 gün sonra “Real”la üz-üzə gələcək. 

 

Qeyd edək ki, "Sevilya" yığma komandaların növbəti oyunlarına qədər müvafiq olaraq “Alaves” (15 sentyabr), “Qarabağ” (19 sentyabr), “Real” (22 sentyabr), “Eybar” (26 sentyabr), “Real Sosyedad” (29 sentyabr), APOEL (3 oktyabr) və “Barselona” (6 oktyabr) ilə qarşılaşacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin