“Mükafat olacaq, min bərəkət” - Cavid Hüseynov

Sportarena.az      10 Sentyabr 2018, 10:00

AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya ilə 1:1 hesablı heç-heçə edən Azərbaycan millisinin üzvü Cavid Hüseynov jurnalistlərə açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi öncə oyunla bağlı danışıb:

 

"Komandada inam var idi. Bunu hiss edirdik. Sadəcə olaraq rəqibimiz Xorvatiya idi. Onlar şansları hər zaman dəyərləndirə bilirlər və hücumlarının ardı-arası kəsilmirdi. Amma buna bir az dözmək lazım idi. Onlar da səfər oyunundan gəlmişdi. Yorğun olduqlarını biruzə verirdilər. İkinci hissədə isə bizim şanslarımız oldu. Hətta qalib gələ bilərdik". 

 

Hüseynov inam hisslərinin olduğunu deyib: "Bizdə inam hissi var idi. İnam hiss ola-ola böyük hesabla məğlub olmaq da var. İnam hissi mövcuddur, hələ ki, yaşayırıq".

 

Yarımmüdafiəçi seçmə mərhələdəki digər görüşlərdə də xal qazanmaq üçün çalışacaqlarını söyləyib: "Bu barədə indidən nəsə demək çətindir. Doğma meydanda Uelslə matçımız var. Düşünürəm ki, evdə bu komandaya qalib gəlmək olar. 

 

Futbolçu "heç-heçə müqabilində mükafat alacaqsınızmı" sualına belə cavab verib: "Mükafat olacaq. Min bərəkət (gülür)".

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin