Mixael Şumaxer gizlincə klinikaya yerləşdirildi

10:33 10 Sentyabr 2019

“Formula 1” üzrə yeddiqat dünya çempionu Mixael Şumaxer gizlincə Parisin Pompidu klinikasına yerləşdirilib.

 

Sportarena.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Şumaxer klinikaya İsveçrə nömrəli təcili yardım avtomobilində çatdırılıb. 50 yaşlı pilot ürək-damar cərrahiyyəsi şöbəsinə yerləşdirilib. İdmançı klinikaya tam məxfi şəkildə çatdırılıb. Onun xərəyi xüsusi çexol, eləcə də on nəfər mühafizəçi ilə gizlədilib.

 

2018-ci ilin dekabrında Şumaxerin vəziyyətinin yaxşılaşdığı və daha yatağa məhkum olmadığı bildirilmişdi. Bu ilin yanvarında pilotun ailəsi Malyorkada istirahət edirdi.   


Xəbər xətti