“Azərbaycanlı futbolçu Messi kimi hamını keçib qol vurdu” - Nikola Vlaşiç

Sportarena.az      10 Sentyabr 2018, 10:55

“Bu heç-heçəyə nəsə demək çətindir. Artıq qarşıdakı oyunlara baxmalıyıq”.

 

Sportarena.az xəbər verir ki, bunu Xorvatiya yığmasının yarımmüdafiəçisi Nikola Vlaşiç deyib.Dünya ikinisi AÇ-2020-nin seçmə mərhələsində Bakıda Azərbaycan millisi ilə 1:1 hesablı bərabərə qalıb.

 

Qarşılaşmadan sonra ölkəsinin mətbuatına danışan 22 yaşlı pleymeyker millimizin müdafiəçisi Təmkin Xəlilzadənin argentinalı superulduz Lionel Messi kimi qol vurduğunu söyləyib: “Buraxdığımız qol epizodunda rəqibin oyunçusuna yaxın idik. Ancaq o, Messi kimi hamını aldadıb, qol vurdu. İlk hissədə yaratdığımız qol vəziyyətləri zamanı qapıçının reaksiyasına isə sözüm yoxdu. Yolumuzu çətinləşdirdiyimiz üçün hamı məyusdu. Amma hər şey yenə də öz əlimizdədi. Slovaklara qarşı oyunu növbəti matçlarda da təkrarlamaq kifayət edər. Macarıstanla qarşıdakı görüşdə mütləq 3 xal almalıyıq. Azarkeşlərimizin möhtəşəm dəstəyi ilə bunu bacaracağımıza inanıram”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin