Voleybol yığmamızın baş məşqçisi istefa verdi

Sportarena.az      10 Sentyabr 2018, 12:15

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Covanni Kaprara postundan ayrılıb.

 

Sportarena.az xəbər verir ki, buna 57 yaşlı mütəxəssisin müqaviləsinin bitməsi səbəb olub. Azərbaycan Voleybol Federasiyasının qısamüddətli müqavilə bağladığı Kaprara yenidən İtaliyanın "İl Bisonte” klubuna qayıdıb.May ayında millinin "sükanı arxası”na keçən mütəxəssis 3 rəsmi turnirdə komandamıza rəhbərlik edib. Avropa Liqasında 6 məğlubiyyət alan əcnəbi məşqçi Olimpiya lisenziyalı turnirdə 3 oyunda cəmi 1 qələbə sevinci yaşayıb.

 

Onun son sınağı isə Avropa çempionatına təsadüf edib. Kapraranın rəhbərlik etdiyi yığma qrupda 5 oyundan 4-də qələbə qazanıb, 1-də uduzaraq 1/8 finala yüksəlib. Voleybolçularımız üçün keçilməz olan bu matç apenninli mütəxəssis üçün də son görüş olub. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin