Millinin qapıçısı oteldə öldü

15:22 10 Sentyabr 2019

Kurasao millisinin qapıçısı Jarzinyo Piter vəfat edib.

 

Sportarena.az xəbər verir ki, 31 yaşlı qolkiperin KONKAKAF Millətlər Liqasında Haiti ilə matç öncəsi Port-o-Prensdə qaldığı oteldə ürək tutmasından ölüb.Futbolçunun ölümü ilə əlaqədar KONKAKAF Millətlər Liqasında keçiriləcək bütün matçlar bir dəqiqəlik sükutla başlayacaq.

 

Qeyd edək ki, millinin üçüncü qapıçısı olan J.Piter ada təmsilçisinin heyətində 12 matçda forma geyinib.


Digər xəbərlər

Xəbər xətti