Ronaldo tarixin ən bahalı müqaviləsini imzaladı

Sportarena.az      10 Sentyabr 2018, 19:39

"Yuventus"un ulduzu Kriştiano Ronaldonun "Nike" ilə imzaladığı yeni sponsorluq müqaviləsinin detalları açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, "Instagram", "Facebook" və "Twitter"də 270 milyon izləyicisi olan portuqaliyalı futbolçu 6 illik müqavilə qarşılığında 162 milyon avro birdəfəlik ödəməyə sahib çıxıb. 

 

Bundan başqa Ronaldo "Qızıl top"u qazansa 4, "Yuventus" Çempionlar Liqasının qalibi olsa 5, özü turnirin bombardiri ola bilsə 1 milyon avro mükafat alacaq. Bu və digər bonuslarla onun 6 illik qazancı 200 milyon avroya yüksələcək. Bu isə tarixin ən bahalı sponsorluq müqaviləsidi.

 

Qeyd edək ki, 11 sponsoru olan Ronaldo 20 fərqli məhsulun reklamlarında rol alır. 5 dəfə Çempionlar Liqasını və 5 dəfə "Qızıl top"u qazanan futbolçunun "Instagram"da bir paylaşımının qiyməti 1 milyon dollara yaxındı.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin