“Qarabağ”ın futbolçusunun evi qarət edildi - Xeyli pul, qızıl oğurlandı

15:52 11 Sentyabr 2019

 Azərbaycan yığmasının və “Qarabağ”ın futbolçusu Mahir Emrelinin evinə oğru girib.

 

Sportarena.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya futbolçunun özü məlumat verib. Onun Sulutəpədəki evindən 20 min dollar, 17 min manat, qızıl-zinət əşyaları və mobil telefonlar oğurlanıb. Futbolçu məsələni hazırda istintaq orqanlarının araşdırdığını bildirib:

 

“Hadisə olub və polisə müraciət etmişəm. Hazırda məsələ araşdırılır. Hüquq-mühafizə orqanları bununla məşğuldur. Polislərə təşəkkür bildirirəm ki, əllərindən gələni edirlər”. 


Digər xəbərlər

Xəbər xətti