Arda Turana həbs cəzası verildi

Sportarena.az      11 Sentyabr 2018, 14:00

Türkiyə millisinin sabiq futbolçusu Arda Turan haqqında həbs qərarı çıxarılıb.

 

Sportarena.az xəbər verir ki, müğənni Berkay Şahini döydüyü üçün ona 2 il 8 ay 15 gün həbs cəzası verilib.İstanbul Ədalət Sarayında baş tutan məhkəmədə Arda Turan qorxu və təşviş yaradacaq şəkildə silahla atəş açmaq, sənədsiz silah gəzdirmək və qəsdən yaralamaqda günahkar bilinib. Ancaq məhkəmə hökmün elanının təxirə salınmasına qərar verib. Bu müddətdə təqsirləndirilən şəxs cinayət törətməsə və qanunlara əməl etsə, cəzanın ləğvi mümkün olacaq.

 

Qeyd edək ki, Arda Turanla Berkay Şahin ötən il gecə klubunda dalaşıb. Arda müğənninin burnunu sındırıb. Daha sonra xəstəxanada Berkayın yanına gedən Arda ona silah çəkib və yerə atəş açıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin