"Zirə"nin "Sumqayıt"la 17-ci dueli

Sportarena.az      11 Sentyabr 2018, 19:05

Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilə bu həftə başa çatacaq. Sentyabrın 14-də start götürəcək IV turda “Zirə” “Sumqayıt”ın qonağı olacaq.


Sportarena.az xəbər verir ki, bu görüş iki komanda arasında ölkə çempionatlarında 17-ci duel olacaq. Bu görüşlərdə üstünlük “Zirə”nin tərəfindədir. Komanda oyunların yarıdan çoxunda – 9 dəfə qələbə qazanıb. Üç dəfə bir xalla kifayətlənən qəsəbə təmsilçisi 4 qarşılaşmadan məğlub ayrılıb.

 

33 qolun vurulduğu matçlarda top fərqi də “Qartallar”ın xeyrinədir – 21:12. Komandanın əvvəlki 16 qarşılaşmadakı ən yaxşı bombardiri Aleksandr Dedovla Vüsal İsgəndərlidir. Onların hərəsi 3 dəfə “Sumqayıt”ın qapısına yol tapıb.

 

9-cu dəfə sumqayıtlıların qonağı olacaq “Zirə” qələbələrindən üçünü rəqib meydanında əldə edib. Eyni sayda məğlubiyyəti olan komanda iki dəfə bərabərliklə kifayətlənib. “Qartallar” top fərqində üstünlüyə malikdir – 7:6.Son oyunlara gəlincə, qəsəbə təmsilçisi ardıcıl üç qələbə qazanıb. 2019-cu ildəki iki matçda isə komanda qapısını da toxunulmaz saxlaya bilib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin