UEFA-nın yeni avrokubok turnirinin adı açıqlandı

Sportarena.az      12 Sentyabr 2018, 08:38

UEFA 2021/22 mövsümündə təşkil etmək istədiyi yeni turnirin adını müəyyənləşdirib.

 

Sportarena.az xəbər verir ki, qurum yeni klub turnirinə Konfrans Liqası adını verib.Konfrans Liqası Çempionlar Liqası və Avropa Liqasından sonra reytinqinə görə, üçüncü Avropa Kuboku turniri olacaq.

 

Yarışın formatı isə hələ müzakirə edilir. Turnirin qrup mərhələsində 32 komandanın 8 qrupa bölünməsi nəzərdə tutulub. Qrup liderləri 1/8 finala vəsiqə qazanacaq. İkinci yerin sahibləri isə 1/8 finala yüksəlmək üçün Avropa Liqasının qrupunda 3-cü pilləni tutan komanda ilə qarşılaşacaq.

 

Konfrans Liqasının qalibi növbəti mövsüm Avropa Liqasının qrup mərhələsində iştirak edəcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin