UEFA-dan Asim Xudiyevə təyinat

11:15 12 Sentyabr 2019

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev beynəlxalq oyuna təyinat alıb.

 

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin Şimkent şəhərində keçiriləcək Qazaxıstan - Fransa oyununun hakim-inspektoru olacaq.

 

Qeyd edək ki, görüş oktyabrın 8-də olacaq.


Digər xəbərlər

Xəbər xətti