Dünya çempionu küçə davasından sonra öldü

11:22 12 Sentyabr 2019

Özbəkistanın Daşkənd şəhərinin Yunusabad rayonunda kafe yaxınlığında iki kompaniya arasında münaqişə yaşanıb.  

 

Sportarena.az xəbər verir ki, gənclər əvvəlcə emosiyalarına hakim olub, daha sonra isə Şayxantaxur rayonuna gedib orada dava ediblər.İştirakçılardan biri 23 yaşlı MMA döyüşçüsü, kikboksinq üzrə 7 qat Özbəkistan çempionu, K-1 üzrə dünya çempionu, 77 kiloqramadək çəki dərəcəsində MMA üzrə Asiya çempionu Müslimbəy Omonov olub.

 

Davadan sonra üç zərərçəkən xəstəxanaya yerləşdirilib, onların arasında çempion da olub. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti