“Sumqayıt”dan yeni transferlər

Sportarena.az      12 Sentyabr 2018, 16:24

2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” komandası heyətinə 2 futbolçu cəlb edib.

 

Sportarena.az xəbər verir ki, son mövsümü müvafiq olaraq “BATE Borisov” və “Torpedo Moskva”nın heyətində keçirmiş futbolçular – Cəmaləddin Xocaniyazov və Rəhim Sadıxovla 2 illik müqavilə imzalanıb. Xocaniyazov yeni klubunda 5, Sadıxov isə 90 nömrəli formada çıxış edəcək.

 

Qeyd edək ki, Rusiya “Zenit”inin yetirməsi olan C.Xocaniyazov 2012-2016-cı illərdə klubun əsas və əvəzedici komandalarında çıxış edib . Son klubu Belarus “BATE”si olan müdafiəçi  Rusiyanın “Ural”, “Baltika”, “Soçi”, “Amkar Perm” və Danimarkanın “Arhus” komandalarının da şərəfini qoruyub.

 

Moskva “Spartak”ının yetirməsi olan Rəhim Sadıxov isə peşəkar karyerası ərzində “Solyaris Moskva” və “Torpedo Moskva”nın uğurları üçün çalışıb. Rəhim Azərbaycanın U-17 və U-19 millilərində də çıxış edib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin