Ronaldinyo vida matçı keçirəcək

17:05 12 Sentyabr 2019

Braziliya millisinin sabiq futbolçusu Ronaldinyonun vida oyunu keçiriləcək.


 
Sportarena.az xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi Kolumbiyanın "İndependiente Santa Fe" klubunda vida matçına çıxaraq, karyerasını başa vuracaq. Rəqib komanda və matça dəvət alacaq məşhur futbolçular barədə məlumat verilməyib.Vida oyunu oktyabrın 17-si baş tutacaq. Biletlərin qiyməti 7-30 avro aralığında olacaq.

 

Qeyd edək ki, Ronaldinyo sonuncu dəfə 4 mövsüm əvvəl ölkəsinin "Fluminense" klubunda oynayıb.


Digər xəbərlər

Xəbər xətti