“Real”da Modriç şoku

13:46 13 Sentyabr 2019

Xorvatiya millisinin və Madrid “Real”ının yarımmüdafiəçisi Luka Modriç zədələnib.

 

Sportarena.az xəbər verir ki, AÇ-2020-nin seçmə mərhələsində Bakıdakı Azərbaycan millisi ilə oyunda zədələnən 34 yaşlı futbolçunun bud nahiyəsindən ağrılar var. Klub saytının məlumatına görə, Modriç bərpa prosesi keçəcək. Onun iki həftəlik sıradan çıxdığı bildirilir.

 

Qeyd edək ki, Luka Modriç Azərbaycan millisinin qapısına penaltidən qol vurmuşdu. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.


Xəbər xətti