Həbib verdiyi sözə əməl etdi

Sportarena.az      15 Sentyabr 2018, 13:11

MMA döyüşçüsü Dastin Puarye məğlub olduğu rusiyalı idmançı Həbib Nurməhəmmədova təşəkkür edib.

 

Sportarena.az xəbər verir ki, Həbib Puaryeyə verdiyi vədinə əməl edib.Bu barədə amerikalı idmançının rəhbəri olduğu "The Good Fight Foundation" fondunun tvitter hesabında yazılıb:

 

"Xeyriyyəçiliyin və sözünə əməl etdiyin üçün çox sağ ol. Sənin addımın insanlara kömək edəcək".

 

Qeyd edək ki, sentyabrın 7-də Abu-Dabidə baş tutan döyüşdən sonra rəqiblər bir-biri ilə formalarını dəyişiblər. Həbib Nurməhəmmədov geyimi hərracda satacağını, əldə edəcəyi məbləği isə Puaryenin xeyriyyə fonduna köçürəcəyini vəd edib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin