Azərbaycanlı referinin idarə etdiyi güləş yarışında maraqlı hadisə - VİDEO

16:50 15 Sentyabr 2019

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatında maraqlı hadisə baş verib.

 

Sportarena.az "Report"a istinadən xəbər verir ki, bu, yunan-Roma güləşi üzrə 97 kq çəki dərəcəsində ABŞ təmsilçisi Treysi Qangelo Hankok və ukraynalı Nikolay Krısov arasındakı 1/16 final görüşünə təsadüf edib.

 

İlk hissənin son saniyələrində Hankok Krısovu döşəkdən kənara atarkən, rəqib reklam lövhəsinin üzərinə, ardınca isə qonşu döşəyə düşüb.Qarşılaşmanı azərbaycanlı referi Asif Şirəliyev idarə edib.

 

 


Xəbər xətti